Dünya

“İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək” – Tramp

“İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək” – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran etirazçıları öldürməyə başlasa, ABŞ tərəfindən sərt şəkildə vurulacaq.

7Times.az ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp jurnalistlərin suallarına cavabında bildirib.

“Biz hadisələri çox yaxından izləyirik. Əgər onlar keçmişdə etdikləri kimi, insanları öldürməyə başlasalar, ABŞ tərəfindən çox güclü şəkildə vurulacaqlar”, – Tramp xəbərdarlıq edib.

Qeyd edək ki, dekabrın 28-dən bəri iqtisadi vəziyyətin ağırlaşması səbəbindən Tehranda sahibkarlar tərəfindən keçirilən etirazlar digər şəhərlərə də yayılıb. Hazırkı etirazlar İranda 2022-ci ildən bəri ən geniş aksiyalar hesab olunur.