İranda ötən sutka ərzində 2 089 nəfər koronavirusa (COVID-19) yoluxub, 32 nəfər ölüb.
7Times.az -ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 972 nəfərə, yoluxanların sayı isə 6 212 387 nəfərə çatıb. Virus daşıyıcılarından 1 533 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 056 633 nəfər koronavirusdan sağalıb, 43 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 125 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı təxminən 60,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 11,4 milyon təşkil edir.
Follow @7timesaz