Dünya

İranda müxalifət qrupu ilə əlaqəli daha iki nəfər edam edilib

İranda müxalifət qrupu ilə əlaqəli daha iki nəfər edam edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda ölkə daxilində hücumların hazırlanmasında təqsirləndirilən iki nəfər edam edilib.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, məhkum olunanlar Tehranda “Mücahidin-e Xalq” (İran Xalq Mücahidləri Təşkilatı) müxalifət təşkilatı ilə əlaqəli olublar.

Edam edilənlər ölkənin Ali Məhkəməsi onlara çıxarılan hökmləri təsdiqlədikdən sonra “dar ağacından asılıblar”.

Xatırladaq ki, martın 30-da “Mücahidin-e Xalq” müxalifət təşkilatı ilə əlaqədə ittiham olunan iki nəfər edam edilmişdi.