Ölkə

“İranın çirkin iç üzünü bir daha gördük” – MUSA QULİYEV

“İranın çirkin iç üzünü bir daha gördük” – MUSA QULİYEVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın fitnəkar rejimi yenə də düşmənçilik toxumunu səpdi. Bu gün səhər İran xüsusi xidmət orqanlarının “xeyir- duası” ilə Azərbaycanın Tehrandakı səfirliyinə terrorçu hücumu olub və bu xain hücumda səfirliyimizin bir nəfər əməkdaşı şəhid olub, 2 nəfər yaralanıb. Allah şəhidimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin”

Bunu 7Times.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. O qeyd edib ki, İranın çirkin iç üzünü bir daha gördük:

“İran rəsmlərinin nə bəyanat verməsindən, hansı bəhanə uydurmasından asılı olmayaraq gün kimi aydındır ki, bu terror İran dövlətinin bizə düşmən siyasətinin tərkib hissəsidir və nəticəsidir. İranın çürümüş rejiminin sonu yaxınlaşır, bu terrorçu, allahsız, vizdansız və əxlaqsız rejim məhvə məhkumdur. İranda islam adından üzündə maska kimi istifadə edən islam və insan düşməni bir totalitar rejim öz biabırçı sonunu tezləşdirməkdədir. Bütün dünya ilə, o cümlədən müsəlman qonşuları ilə düşmən olan bu xain rejimin bircə dostu var, o da faşist Ermənistan!

İranın belə mənfur , çirkin əmılləri xalqımızın iradəsini sındıra bilməyəcəkdir. Əksinə, daha da mübariz ruhumuzu artıracaqdır. İran bu qanı öz çirkin əllərindən və sifətindən yuya bilməyəcəkdir.

Hesab edirəm ki, İran xalqı, xüsusi ilə oradakı soydaşlarımız tezliklə öz qəti və son sözünü söyləyəcəkdir! Terroru dövlət siyasətinə çevirən bir rejim tarixin zibilliyinə tullanacaqdır!”.

7Times.az