Ölkə

İsgəndər Cavadov buna görə ölkə rəhbərliyinə müraciət etdi

İsgəndər Cavadov buna görə ölkə rəhbərliyinə müraciət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Azərbaycanın əfsanəvi futbolçularından İsgəndər Cavadov yeni iddiaya düşüb.

7Times.az xəbər verir ki, uzun illər ağ-qara formanı geyinmiş sabiq hücumçu «Neftçi»nin prezidenti olmaq istəyindədir.

Hazırda Region Futbol Federasiyasının prezidenti kimi kağız üzərində fəaliyyət göstərən veteran futbolçu ölkə rəhbərliyinə müraciət edib.

Məktub yazan Cavadov özünün keçmiş xidmətlərini xatırladıb.

Paytaxt təmsilçisinin hazırkı vəziyyətindən narahatlıq keçirdiyini qeyd eləməklə yanaşı, onu bu vəziyyətdən çıxarmağa hazır olduğunu bildirib.

Vurğulayıb ki, əgər «Neftçi»də prezident postunu tutarsa, əvvəlki şöhrətini ona qaytaracaq, mühü işlər görəcək.

Qeyd edək ki, “Neftçi” aprelin 2-dən bəri rəhbərsizdir. 2

2022-ci ilin dekabrında klubun Müşahidə Şurasına sədr seçilən Rövşən Nəcəf 1 aydan çoxdur ki, AFFA-da işə başlayıb.

O, 2008-ci ildən federasiyanın prezidenti olmuş Rövnəq Abdullayevi əvəzləyib (sportinfo.az).