“Issız adam” filmindəki rolundan sonra Türkiyənin “Tənha adam”ı kimi tanınan aktyor Cemal Hunal Bakının qonağı olub.
7Times.az xəbər verir ki, bu barədə ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev sosial şəbəkədə foto və məlumat yayıb.
Məlum olub ki, aktyor Bakıya “Yanlış anlama 2” filminin çəkilişləri üçün gəlib. Sözügedən ekran işində azərbaycanlı aktrisa Gülşən Hüseynli də rol alır. O, Bakını və yeməklərimizi çox gözəl olduğunu deyib. İçərişəhərdə gəzən kino ulduzunun instaqramda videoları yayılıb.