Aktual

İsveçrə də NATO yolunu tutdu

İsveçrə də NATO yolunu tutdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın NATO-ya üzv olmaq qərarından sonra İsveçrədə də NATO səsləri yüksəlməyə başlayıb.

7Times.az  bildirir ki, 500 ildən çoxdur, faktiki neytrallıq siyasətini davam etdirən İsveçrədə aparılan son sorğular ictimaiyyətin alyansa üzvlüyün tərəfdarı olduğunu ortaya çıxarıb. Belə ki, Rusiya Ukraynaya hücum etməzdən əvvəl bu ölkənin 96 faizi neytrallıq siyasətinin tərəfdarı idi. Sonuncu sorğularda isə  faiz nisbəti 20 ildə ilk dəfə olaraq 89 faizə enib. Rekord sayda isveçrəli (təxminən 52 faiz) ölkələrinin NATO ilə yaxınlaşmasının tərəfdarı olduqlarını bəyan etsə də, cəmi 27 faiz birliyə faktiki qoşulmaq istədiklərini bildirib.

 

Digər tərəfdən qeyd olunub ki, İsveçrə Avropanın ən böyük ehtiyat qüvvələrindən birinə malik olsa da, milli xidmət üçün hazırladıqları ordu köhnəlmiş tanklardan və zirehli texnikadan ibarətdir. Bu baxımdan İsveçrənin 19 faizi indi hökumətinin bu gücü inkişaf etdirmək üçün daha çox pul xərcləməsini istəyir. Bu rəqəm isə ilin əvvəlində cəmi 7 faiz olub. Məlumata görə, İsveçrənin təxminən 58 faizi Rusiyanın işğalından sonra Avropada silahlı qarşıdurmaların tez-tez baş verəcəyinə inanır və hər üç nəfərdən biri Ukraynadakı müharibədən daha çox narahat olduğunu deyir.