Aktual

İTV-dən Əli Nurun gündəm olan çıxışı ilə bağlı açıqlama – VİDEO

İTV-dən Əli Nurun gündəm olan çıxışı ilə bağlı açıqlama – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mərhum aktyor Ramiz Novruzun dəfn mərasimi zamanı İTV-nin youtube kanalında aktyor Əli Nur müsahibə verərkən, canlı yayımın kəsilməsi barədə sosial şəbəkədə yayılan iddia tamamilə yanlışdır”.

7Times.az  xəbər verir ki, bu barədə İctimai TV-nin yaydığı məlumatda deyilir.

Məlumata həmçinin İTV-nin “youtube” kanalında yayımlanan sözügedən canlı yayım üçün keçid əlavə edilib və bildirilib:

“Bu videodan göründüyü kimi Əli Nur fikrini tamamlayıb və yayım bundan bir müddət sonra dayandırılıb, aktyorun çıxışının kəsilməsindən söhbət belə gedə bilməz. İstənilən halda, izləyicilər bu videoya baxaraq öz qərarlarını verə bilərlər. Youtube üzərindən canlı yayımlar zamanı yayımın dayandırılması və yenidən açılması adi haldır. Bu texniki məsələlər, o cümlədən kamera və canlı yayım avadanlığında batareyaların enerjisi zəiflədiyi üçün dəyişdirilməsi, internetin sürətində dəyişiklik olduqda, səslə bağlı qüsurlar yarandığı halda tənzimlənmənin aparılması ilə əlaqədar olur. Nəzərinizə çatdırırıq ki, dünən İTV-nin youtube kanalında Ramiz Novruzun vəfatı ilə bağlı 3 dəfə canlı yayım edilib”.

Qeyd olunub ki, sözügedən videoya Mədəniyyət nazirliyindən də reaksiya verilib:

“Qurumun 4 nümayəndəsi – nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.

Eyni zamanda, Mədəniyyət Nazirliyi dəfnin təşkilində yardımçı olub”.