“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib.
“Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”, – diplomat vurğulayıb.
Qeyd edək ki, Moldovada keçiriləcək danışıqlarda Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da iştirak edəcək.
Xatırladaq ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov söyləyib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.
Follow @7timesaz