Ramzan Kadırov
Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov teleqram kanalında yazıb.
O qeyd edib ki, qohumu rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir və üzərinə düşən vəzifənin öhdəsindən gələcək.
27 yaşlı Hamzat Kadırovun dini və dünyəvi təhsili var: o, hafizlər məktəbini və Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Bu illər ərzində o, regionda rəhbər vəzifələrdə, o cümlədən Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi naziri, respublika rəhbərinin katibliyinin rəhbəri və baş nazirin müavini vəzifələrində çalışıb.