Region

Kanada səfiri İran XİN-ə çağırılıb

Kanada səfiri İran XİN-ə çağırılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməsi səbəbindən bu ölkənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

7Times.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

“Kanadanın İranın rəsmi Silahlı Qüvvələrinin ayrılmaz hissəsi statusunun verilməsi ilə bağlı qanunsuz hərəkəti beynəlxalq hüququn prinsip və normalarını pozan zərərli təxribatdır və sadəcə soyqırım rejiminə, terrorçulara, regional sülhün, sabitliyin digər düşmənlərinə hədiyyədir”, – İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani sosial şəbəkələrdə yazıb.

Kanada səfirinə bildirilib ki, Tehran cavab hüququnu özündə saxlayır.

Qeyd edək ki, Kanada SEPAH-ı terror təşkilatı kimi tanıyıb.

Kanada həmçinin bütün vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.