İdman

Karlo Ançelottidən yubiley

Karlo Ançelottidən yubileybackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasının XXIX turunda “Osasuna”ya qarşı keçirdikləri oyun (4:2) “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti üçün yubiley matçı olub.

Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı paytaxt təmsilçisində 200-cü qələbəsini qazanıb.

İspaniya nəhəngi Ançelottinin rəhbərliyi altında La Liqada 129, Çempionlar Liqasında 43, İspaniya Kubokunda 18, ölkə Superkubokunda 4, klublararası dünya çempionatında 4, UEFA Superkubokunda 2 zəfərə sevinib.

Bu görüş həm də Ançelottinin Avropa liqalarında 900-cü dueli kimi tarixə düşüb.

Mütləq rekord isə Migel Munyosa məxsusdur – 357 qələbə.

Qeyd edək ki, 29 tura 72 xal toplayan “Real” La Liqanın turnir cədvəlində 1-ci pillədə mövqe tutub.