Aktual

Kayman adaları Rusiyanın 7,3 milyard dollarlıq aktivlərini dondurub

Kayman adaları Rusiyanın 7,3 milyard dollarlıq aktivlərini dondurubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kayman adalarının maliyyə institutları Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara uyğun olaraq Rusiyaya aid 7,3 milyard dollarlıq aktivləri dondurub.

“Report” xəbər verir ki, bu barədə “Cayman Compass” xəbər portalı məlumat yayıb.

Qeyd olunub ki, hakimiyyət orqanları anti-Rusiya sanksiyalarının həyata keçirilməsi ilə bağlı qərarlar qəbul edəcək işçi qrup yaradıblar.

Onun tərkibinə qubernator, maliyyə sistemi, mülki aviasiya və dəniz nəqliyyatının nümayəndələri daxil olacaq. İşçi qrupu həftədə bir dəfə görüşəcək.

report