Mədəniyyət

“Kədər insanı” 77 milyona satıldı

“Kədər insanı” 77 milyona satıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyalı dünyaca məşhur rəssam Sandro Bottiçelliyə məxsus “Kədər insanı” adlı tablo hərraca çıxarılıb.

“Unikal” xarici mətbuata istinadən xəbər verir ki, əsər “Sotheby’s” hərrac evində 45,4 milyon dollara (təxminən 77 milyon 180 min manat) satılıb.

Qeyd edək ki, İsa peyğəmbərin təsvir edildiyi tablo 60 ilə yaxındır şəxsi kolleksiyada saxlanılırdı. Əsərin XV əsrin sonu və ya XVI əsrin əvvəlləri arasında hazırlandığı təxmin edilir.