Ölkə

Kəlbəcərə komendant təyin olundu

Kəlbəcərə komendant təyin olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”.

7times.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib.

O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər Rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:

“Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenant Haqverdi Əkbərov komendant təyin edilib”.