İdman

Kevin Medina azarkeşlərə müraciət etdi: “Xahiş edirəm bir daha heç kim…”

Kevin Medina azarkeşlərə müraciət etdi: “Xahiş edirəm bir daha heç kim…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın futbolçusu Kevin Medina Azərbaycanlı azarkeşlərə müraciət edib. 

Offsideplus.az xəbər verir ki, “köhlən atlar”ın müdafiəçisi şəxsi sosial şəbəkə hesabında paylaşım edib:

“Bu mənim maşınımın oyundan sonraki vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Maşında mənim ailəm ola bilərdi və bu mənim üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.

Qeyd edək ki, dünən ölkə kuboku çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından (0:4) sonra futbolçunun avtomobilinə azarkeşlər tərəfindən hücum olunub.

IMG 3647