İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsindəyerləşən yaşayış kompleksində daha 201 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Yeni mənzillər seçim üçün oktyabrın 17-si saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 255 kirayə müqaviləsi bağlanıb.
Follow @7timesaz