Aktual

Komandan: “Bu il Azərbaycan və Türkiyədə 20-dən çox birgə hərbi təlimin keçirilməsi planlaşdırılıb”

Komandan: “Bu il Azərbaycan və Türkiyədə 20-dən çox birgə hərbi təlimin keçirilməsi planlaşdırılıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il ərzində həm Azərbaycan, həm də Türkiyədə 20-dən çox birgə təlimin keçirilməsi planlaşdırılıb. Artıq bunların bir neçəsi icra edilib”.

“Report”un xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib.

O bildirib ki, belə təlimlərin hərbi əməkdaşlıq və xalqlarımız arasındakı qardaşlığın gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti var.