Aktual

Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR

Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın müalicə aldığı xəstəxana dəyişdirilib”.

7Times.az xəbər verir ki, Bu barədə Oxu.Az-a açıqlamasında həyat yoldaşı Minarə Bayram bildirib.

Onun sözlərinə görə, Xalq artisti koronavirusdan sağaldığı üçün həkimlər onun Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasından köçürülməsinə qərar veriblər:

“Eldost Bayram Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda sinir xəstəlikləri ilə bağlı orada müalicə alır”.

Qeyd edək ki, Eldost Bayram noyabrın 12-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalına yerləşdirilib.

İlhamə Əbülfət