“Rusiya Qarabağdakı hazırkı vəziyyətlə bağlı tərəflərlə təmaslar qurur”.
7Times.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Moskva indi Azərbaycan tərəfi ilə əlaqə saxlayır. Təmasların nəticələri ilə bağlı Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq bəyanat veriləcək”, – Zaxarova brifinqdə bildirib.
O qeyd edib ki, Rusiya regiondakı vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilir. Zaxarova həmçinin, tərəflərdən sazişə əməl etmələrini və vəziyyəti gərginləşdirməməyi xahiş edib.
Follow @7timesaz