Dünya

“KTMT-dən çıxarılsaq, çox məmnun olaram”

“KTMT-dən çıxarılsaq, çox məmnun olaram”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

7Times.az xəbər verir ki, Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini aktivləşdirmək niyyətində olmadığını bildirib.

“Dəqiq deyə bilərəm ki, biz KTMT-də fəaliyyətimizi aktivləşdirməyi planlaşdırmırıq. Mən həmçinin bilirəm ki, KTMT-də Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı müzakirələr gedir. Əgər təşkilat Ermənistanı xaric etsə, çox məmnun olaram. Hər halda bu, bizi KTMT-dən çıxaq, yoxsa çıxmayaq dilemmasından azad edər”, – Paşinyan deyib.