Dünya

KTMT ERMƏNİSTANDAN GEDİR? – Zaxarova Paşinyanı ələ saldı

KTMT ERMƏNİSTANDAN GEDİR? – Zaxarova Paşinyanı ələ saldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyanın son mətbuat konfransında səsləndirdiyi bir çox fikirlər Kremldə narazılıq yaradıb.

“AzPolitika.info” xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Paşinyanın KTMT-nin Ermənistandan çıxmağa hazırlaşması barədə dediklərinə ironiya ilə yanaşıb.

Məlum olduğu kimi, Paşinyan “KTMT-nin Ermənistandan çıxacağına dair narahatlıq var”, – deyə bildirmişdi.

Zaxarova Paşinyanın yalan danışmasına işarə vuraraq, deyib: “Bu sitatı oxuyanda klassiklərin iki sitatı yadıma düşdü. Bulqakovun “kim kimin üstündə durmuşdu?” və Stanislavskinin “incəsənəti öz içinizdə sevin, özünüzü incəsənətin içində yox” deməsi.

XİN sözçüsü qeyd edib ki, ötən ilin dekabrında KTMT-nin xüsusi missiyası Ermənistanda olsa da, Ermənistanın digər KTMT üzvləri üçün məqbul olmayan tələbləri ucbatından bundan hansısa nəticə əldə edilməyib.