Hadisə

Müharibə iştirakçısının Kürdə meyiti tapıldı – Yenilənib

Müharibə iştirakçısının Kürdə meyiti tapıldı – Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan kişi meyitinin kimliyi müəyyənləşib.

7times.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur.

Mərhum Vətən müharibəsi iştirakçısı olub. İyulun 1-də hərbi xidmətdən qayıdıb.

11:17

Salyanda çayda meyit aşkar edilib.

7times.az-ın məlumatına görə, bu gün səhər saatlarında Kür çayı üzərində Salyan şəhər və Babazənan yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında 25-30 yaş arasında naməlum kişi meyiti aşkar edilib.

Hadisə yerinə aidiyyati qurumların əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma gedir.