Kriminal

Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satı­şı ilə məşğul olan dörd nəfər saxlanılıb

Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satı­şı ilə məşğul olan dörd nəfər saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşla­rının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satı­şı ilə məşğul olan dörd nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmə­tinin Şirvan regional qrupundan 7Times.az-a  verilən məlumata görə, şöbə əməkdaşlarının keçir­diyi tədbirlərlə ray­on sakinləri Rövşən Məmmədov və Mansur Mikayılov saxlanılıbl­ar. Həmin şəxslərin üzərinə keçirilən ba­xış zamanı onların hər birindən narkotik vasitə olan heroin aşkar edilib.

Dindirilmə zamanı R.­Məmmədov narkotik ma­ddəni tanışı Ayaz ad­lı şəxsdən, M.Mikayı­lov isə Ramil adlı şəxsdən aldığını bild­irib.

Əməliyyat tədbirləri­nin davamı olaraq ra­yon sakini, əvvəllər məhkum olunmuş Ayaz Qəribov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs də izahatında satış üç­ün əldə etdiyi narko­tik maddəni tanışı Ramildən aldığını eti­raf edib.

Şöbə əməkdaşları tər­əfindən davam etdiri­lən əməliyyat tədbir­ləri ilə A.Qəribov və M.Mikayılova narko­tik vasitələri satan Kürdəmir rayon saki­ni, əvvəllər məhkum olunmuş Ramil Məmməd­ov da saxlanılıb. İl­kin dindirilmə zamanı həmin şəxs rayon ərazisində narkotiklə­rin satışı ilə məşğul olduğunu etiraf ed­ib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi­nin İstintaq Bölməsi­ndə cinayət işi açıl­ıb, saxlanılan şəxsl­ər barəsində həbs qə­timkan tədbiri seçil­ib. Araşdırmalar dav­am etdirilir.

7Times.az