Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında sülh müqaviləsinin paraflanmasını mühüm hadisə adlandırıb.
“7Times.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
“Demək olar ki, sülh bərqərar olub, lakin biz hələ də yolun başlanğıcındayıq”, – A.Mirzoyan bildirib.
O qeyd edib ki, bu, diqqət və ehtiyat tələb edən uzun bir prosesdir: “Sülh uzun bir prosesdir, o diqqət, deyilən hər bir sözə qarşı ehtiyatlı olmağı tələb edir”.
A.Mirzoyanın sözlərinə görə, buna baxmayaraq, iki tərəf arasında bir sıra həll olunmamış məsələlər qalır: “Hələlik tərəflər bir-birinə atəş açmır, eskalasiya riski sıfıra yaxındır, lakin bir çox problemlər qalır”.
Follow @7timesaz