“Moskva Laçın yolundakı durumla bağlı işlərini davam etdirir”.
7Times.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bütün tərəflər üçün məqbul həll yolu tapmaq lazımdır.
M.Zaxarovanın sözlərinə görə, Rusiya da Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın işini dəstəkləyir və kartoqrafik materialları təqdim etməyə hazırdır.
Rusiya XİN-in rəsmisi Laçın yolundakı vəziyyətdən də danışıb. O, Laçın yolundan humanitar yardım karvanlarının keçdiyini təsdiqləyib: “Sülhməramlılara qarşı ictimai hücumlar qəbuledilməzdir. Onlar regionda sülhün təminatçısıdır”.
Qeyd edək ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan və ölkənin digər rəsmiləri Rusiya sülhməramlılarının fəaliyyətindən narazı olduqlarına dair bəyanatlar səsləndirirlər.
Bundan başqa, yanvarın 8-də Ermənistanın “Milli Demokratik Zolaq” təşkilatının üzvləri Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına gedən yolları bağlamışdı.(report)
Follow @7timesaz