Ölkə

Ləcət kəndində növbəti səyyar qəbul keçirilib – FOTOLAR

Ləcət kəndində növbəti səyyar qəbul keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ləcət kəndində növbəti səyyar qəbulunu keçirib. Yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxslərinində iştirak etdiyi səyyar qəbulda Ləcət İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ləcət, Moruqoba və Tağaroba kənd sakinlərinin müraciət və təklifləri dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bir neçə məsələnin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, yeni su xəttinin çəkilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.