Ölkə

Lökbatanda 7 yaşlı uşağı avtomobil vuraraq qolunu sındırıb

Lökbatanda 7 yaşlı uşağı avtomobil vuraraq qolunu sındırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunda 7 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Lökbatan qəsəbəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü S.Kərimlini vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.