Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib.
“7Times.az” xəbər verir ki, Belarus rəsmi mediası təbrikin mətnini paylaşıb.
Lukaşenko bildirib ki, belaruslar və ukraynalılar əsrlər boyu davam edən ənənələr, ortaq tarix və çəkdikləri çətinliklərlə bir-birinə bağlıdır. O hesab edir ki, iki xalqın gələcək nəsilləri dostluq əlaqələrini qorumalı, Minsk və Kiyev isə əməkdaşlığı bərpa etməlidirlər.
“Qonaqpərvər Belarus həmişə xoş niyyətlə gələn hər bir ukraynalı üçün açıqdır”, – deyə Lukaşenko əlavə edib.
Lakin Lukaşenkonun təbriki Prezident Volodimir Zelenskiyə yox, yalnız Ukrayna xalqına ünvanlanıb. Lukaşenko hələ 2020-ci ildən bəri Zelenskini Müstəqillik Günü münasibətilə təbrik etmir.
“AzPolitika.info”
Follow @7timesaz


