Ölkə

Mahir Süleymanlı Xaçmazda və Şabranda bir sıra görüşlər keçirdi – FOTOLAR

Mahir Süleymanlı Xaçmazda və Şabranda bir sıra görüşlər keçirdi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 26-da Milli Məclisin deputatı Mahir Süleymanlı Xaçmaz rayonunun Aşağı Zeyid kəndində seçicilərlə növbəti görüş keçirib.

7Times.az xəbər verir ki, görüş zamanı sakinlərin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Deputat eyni zamanda Şabran rayonunda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri qoyub. Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi qarşısında dərin hörmət və minnətdarlıq ifadə olunub.