“Hələlik marketlərdə COVID-19 pasportu tələb edilmir”.
7times.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O, bildirib ki, buna görə də supermarketlərə vətəndaşlar COVID-19 pasportu olmadan da daxil ola bilərlər: “Amma mütləq şəkildə həmin obyeklərdə vətəndaşların hərarəti ölçülməli, dezinfeksiyaedici məhluldan istifadə edilməli, maska taxmalıdır. Ümumiyyətlə, vətəndaşlar koronavirus riski olan bütün yerlərdə tibbi maskadan düzgün şəkildə istifadə etməli, maska ağız və burun hissəsini tamamilə örtməlidir”.
Follow @7timesaz