Ölkə

“Məcburam ki, kinonu götürüb qaçım”

“Məcburam ki, kinonu götürüb qaçım”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Rasim Balayev Azərbaycan kinosunun hazırki durumundan danışıb. 

7Times.az  xəbər verir ki, “Zarafat bir yana” verilişində qonaq olan aktyor film sahəsinin yenidən inkişaf etməsindən söz açıb:

“Məcburam ki, kinonu götürüb qaçım. Bilirəm ki, bu sahədə inkişaf olacaq. Amma mən o günü görmək istəyirəm. İstəyirəm ki, o kino yenidən öz qaydasına düşsün, getsin. Mən də o filmlərdə özümü görmək istəyirəm. Amma yaş məsələsi var. Bir gün varsan, bir də gördün ki, sabah yoxsan. Yaşasın gənclik, cavanlıq. Məndən gənclərə əmanət odur ki, gəncliyinizin qədrini bilin. İnsan sağlamlığını itirəndən sonra sağlamlığının qədrini bilir. Azadlığını itirəndən sonra azadlığın qiymətini bilir. Gəncliyini itirəndən sonra gəncliyin qiymətini bilir. Sonra Molla Nəsrəddin kimi baxır o yana-bu yana və deyir ki, “Gəncliyim də bir zibil olmayıb”.

Axşam.az