Mədəniyyət

Mədəniyyət Nazirliyindən fəxri ad qalmaqalına REAKSİYA

Mədəniyyət Nazirliyindən fəxri ad qalmaqalına REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib.

7times.az xəbər verir ki, nazirlikdən Report-a hazırda yaradıcı şəxslərə fəxri adların verilməsi ilə bağlı yeni qaydaların hazırlandığı bildirilib

“Bununla əlaqədar Azərbaycan Prezidentinin 14 may 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnaməyə riayət olunması, namizədlərin təqdimatında obyektivliyin təmin olunması, namizədlərə layiq olduqları dəyərin verilməsi əsas sayılır”,- nazirlikdən bildirilib.

Qeyd edək ki, bəzi şəxslər Azərbaycanda fəxri adlarla təltif olunacaq mədəniyyət və incəsənət xadimlərinin siyahının obyektiv hazırlanmadığını iddia edirlər.