“Mədəniyyət sahəsində son aylarda islahatlar aparılır. Kadr potensialı və problemlər haqqında təhlil mərhələsindən keçməkdəyik”.
7Times.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Adil Kərimli bildirilib.
“Biz mədəniyyət sahəsində problemlərin olduğunu görürük. Düzdür, bu sahəyə dövlət səviyyəsində dəstək var. Amma boşluqların, problemlərin bir neçə səbəbi var. Bunlardan biri də subyektiv səbəblərdir, komanda işinin olmamasıdır. Digər tərəfdən uğursuzluqlarından biri də cəmiyyət tərəfindən dəstəyin olmamasıdır. Ona görə də bu sahədə problemləri görürük və ciddi islahatlarının aparılmasını istəyirik”, – deyə o vurğulayıb.
Follow @7timesaz