Məhkəmə “Abzas Media” işi üzrə həbs olunan Elnarə Qasımova barədə qərar verib.
7Times.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın keçirilən məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb.
Xatırladaq ki, E.Qasımova bu il yanvarın 13-də saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Follow @7timesaz