Aktual

“Mən ağrıya, əzaba, ölümə, savaşa nifrət edirəm, qoy bunu hamı bilsin!..” – Putinin qızı

“Mən ağrıya, əzaba, ölümə, savaşa nifrət edirəm, qoy bunu hamı bilsin!..” – Putinin qızıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mən Ukraynaya simpatiyamı sözlərlə ifadə edə bilmirəm”
Putinin güman edilən qızı müharibə haqqında fikirlərinə görə qalmaqal yaradıb…
Sosial şəbəkələrdə Luiza Rozova kimi tanınan və Rusiya prezidenti Vladimir Putinin nikahdankənar qızı hesab edilən 18 yaşlı Yelizaveta Krivonoqix “İnstagram” istifadəçilərinin diqqət mərkəzinə düşüb.
Moderator.az xəbər verir ki, bu barədə Luizanın özü “İnstagram” səhifəsində yazıb.
Əvvəlcə o, qara fonda “Not War” (müharibəyə yox) yazıb. O, qeyd edib ki, istənilən zorakılığın əleyhinədir, lakin valideyininə müharibəni dayandırmaq üçün təsir edə bilmir.
“Mən müdafiəsiz insanlara qarşı istənilən zorakılığın qəti əleyhinəyəm. Mənim bu hadisələrə hər hansı aidiyyətim olması barədə fikirlərdən təəccüblənirəm. Gəlin, birlikdə düşünək: “Bütün dünyaya savaş açan adam o qədər ağılsız ola bilərmi, hansısa valideyn hisslərinə görə öz qərarlarından imtina etsin? Qoy hər kəs bu suala özü cavab versin”, – Luiza yazıb.
Putinin güman edilən qızı deyib ki, “mən Ukraynaya simpatiyamı sözlərlə ifadə edə bilmirəm. Mən həm də Rusiyanı və onun xalqını sevirəm. Mən ağrıya nifrət edirəm, əzaba, ölümə, müharibəyə nifrət edirəm…Qoy bunu hamı bilsin”, – Rozova vurğulayıb.
İkinci dəfə qırmızı fonda “Loss of humanity” (insanlığın itirilməsi) sözlərini yazıb. Luiza deyib ki, tanımadığı adamlar ona qarşı qəzəbli  mesajlar ünvanlayıb, mövqeyinə görə bəziləri onu təhqir etməkdən də çəkinmir. “Bu, normaldır? Bu, emosional zorakılıqdır. Sizlər günahkar axtarışında insanlığınızı itirmisiniz. Amma unutmayın: “Nə əkərsən, onu da biçərsən”, – Luiza hiddətini gizlətməyib.