Ölkə

Məni xalq dolandırmayıb” – Xalq artisti

Məni xalq dolandırmayıb” – Xalq artistibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənət adamı deməməlidir ki, bizi xalq dolandırır. Sən gedirsən zəhmət çəkirsən, onun qabağında əməkhaqqı verirlər”.

 

7Times.az xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov “Onun sirri” proqramında deyib. Aktyor sənət adamlarına səslənib. O bildirib ki, sənət adamları “məni xalq dolandırır” sözünü deməməlidir:

 

“Bənna gəlir ev tikir, daş qaldırır, palçıqda əlləşir, pul alır. Niyə deməlidir ki, xalq dolandırır? Səni aparmasın, görək toyu kim idarə edəcək? Bu sözü qəbul etmirəm. Bu yaşıma qədər xalq mənə 1 kiloqram pendir, kənddən 1 toyuq gətirməyib. Gedib toy idarə edirəm, oxuyuram, zəhməthaqqımı alıram. Məni xalq dolandırmayıb”.