Aktual

Məşhur aktyor ukraynalı qaçqınlar üçün borş bişirdi – Fotolar

Məşhur aktyor ukraynalı qaçqınlar üçün borş bişirdi – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur amerikalı aktyor, rejissor və prodüser Liv Şrayber “World Central Kitchen” xeyriyyə layihəsi çərçivəsində ukraynalı qaçqınlar üçün yemək hazırlamağa kömək edib.

 

 

Axşam.az xəbər verir ki, aktyor bunun üçün Ukrayna-Polşa sərhəddinə – Przemışl şəhərinə gəlib. Bu barədə o, instaqram hesabında paylaşım edib.

Ukraynalı qaçqınlar üçün 1500 nəfərlik borş bişirdiyini deyən Liv hətta barmağını kəsdiyini və əlində qabarıqların yarandığını vurğulayıb. O, bunu aşpazların dediyinə görə, onun üçün bir növ fəxri nişan olduğunu əlavə edib.