Ölkə

Metroda problem yarandı – Sərnişinlər qatardan düşürüldü

Metroda problem yarandı – Sərnişinlər qatardan düşürüldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər “Ulduz” stansiyasında düşürülüb.

7Times.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Qatar ən yaxın yoxlama məntəqəsi kimi “Nərimanov” elektrik deposuna yola salınıb.

Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.

Həmin qatarın əvəzinə xəttə qatar verilib.