İdman

Millinin qapıçısı Münhendə barda dava saldı

Millinin qapıçısı Münhendə barda dava saldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya millisinin qapıçısı Vanya Milinkoviç-Saviç AÇ-2024 oyunları zamanı xoşagəlməz hadisə ilə üzləşib.

7Times.az “Teleqraf”-a istinadən xəbər verir ki, Serbiya yığmasının qrup mərhələsində Danimarka ilə həlledici oyunu öncəsi baş məşqçi Draqan Stoykoviç futbolçularına bir günlük istirahət verib.

Qapıçı Milinkoviç-Saviç istirahət günündən istifadə etmək üçün Münhendəki barlardan birinə yollanıb və orada yerli təhlükəsizlik işçiləri ilə dava edib.

Bar sahibi bu barədə ətraflı danışıb: “Vanya barımıza gəldi, lakin girişdəki mühafizəçilər onu tanımadı və millinin şortikini geyindiyi üçün içəri buraxmaq istəmədi. Bu onu qəzəbləndirdi və dava başladı.

Tezliklə müdaxilə etdim, əlindən tutdum və dedim ki, mənimlə gəlsin, amma o, rədd etdi. Hər şey restoranın bağçasında baş verib. Ona nə atdıqlarını və bir-birlərinə nə dediklərini eşitmədim. Sonda problemi həll etdiyimiz üçün şadam”.

Qeyd edək ki, İngiltərə, Danimarka və Sloveniya ilə birgə C qrupunda yer alan Serbiya 1/8 finala vəsiqə qazana blməyərək mübarizəni başa vurubb.