Aktual

Müharibədə ələ keçirilən rus hərbi texnikaları sərgidə nümayiş etdirilir FOTOLAR

Müharibədə ələ keçirilən rus hərbi texnikaları sərgidə nümayiş etdirilir- FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə qəniməti olaraq, ələ keçirilən rus hərbi texnikaları Praqanın “Letna meydanı”nda nümayiş etdirilir.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, sərgidə Ukraynanın Rusiya ordusundan ələ keçirdiyi tank, raket və digər müxtəlif təyinatlı hərbi texnikalar nümayiş etdirilir.

Məlumatda qeyd olunur ki, ötən gün açılışı baş tutan sərgidə Çexiyanın daxili işlər naziri Vit Rakusan, Ukraynanın daxili işlər naziri Denis Monastırski, Avropa Şurasının Daxili İşlər komissarı İlva Yohansson və Praqa meri Zdenek Hrib iştirak ediblər.

Yüzlərlə çex və ukraynalının marağına səbəb olan sərgidə çıxış edən Denis Monastırski bildirib ki, Avropa Rusiya texnologiyasının nə vəziyyətdə olduğunu mütləq görməlidir: “Bu texnikaların bir çoxu Ukraynanın Çerniqov vilayətindən gətirilib. Çexiyaya hökumətinə göstərdiyi dəstəyə görə təşəkkür edirik. Bayrağımız hər yerdə dalğalanır. Söz verirəm ki, Ukraynanın bütün dövlət qurumlarında Çexiya bayrağı dalğalanacaq”.

Ylva Yohansson isə bildirib ki, sərgidəki hərbi texnikaları dayandırmaq üçün yüzlərlə ukraynalı həyatını itirib: “Bir çox ukraynalı bu tankları dayandırmağa çalışarkən həyatını itirdi. Ukraynalılar öz ölkələrinin əsgəri olmağı öyrəniblər. Ukrayna dövlətinə və xalqına dəstəyimizi bundan sonra da davam etdirəcəyik”.