Ötən gün dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.
7times.az xəbər verir ki, mərasim xalq şairinin yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində – evində təşkil edilib.
Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.
****
Dünən dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib.
7times.az-ın məlumatına görə, Xalq şairi ilə vida mərasimi İsmayıllı rayonunun Buynuz kəndində, yaşadığı evdə keçirilib. O Buynuz kənd qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.
Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1973-cü ildən o Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb.
Musa Yaqub uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi.
O 24 may 2019-cu ildə “Azərbaycan Respublikasının xalq şairi” fəxri adına layiq görülüb.