Ölkə

Müsavat başqanının müavini döyüşə yollandı – FOTO

Müsavat başqanının müavini döyüşə yollandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ehtiyatda olan zabit, Müsavat başqanının müavini Fərəc Kərimli könüllü olaraq hərbi xidmətə yollanıb.

7times.az-ın xəbərinə görə, bu barədə partiya başqanı Arif Hacılı məlumat verib.

O, bildirib ki, Fərəc Kərimli ön cəbhədə təcrübəli zabitlərdən biri kimi ərazi Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə iştirak edəcək: “Allah Fərəc bəyi, bütün əsgər və zabitlərimizi qorusun. Tezliklə qələbə bayramını sağ-salamat evlərinə dönən balalarımızla birlikdə qeyd etmək nəsibimiz olsun”.