Xəbər verdiyimiz kimi, ötən gün “Avroviziya – 2022”nin ikinci yarımfinalı baş tutub.
7Times.az xəbər verir ki, Azərbaycan finala keçən ölkələr sırasında yer alıb.
Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında “Fade To Black” mahnısı ilə çıxış edib. Çıxışlar bitdikdən sonra səsvermə mərhələsi başlayıb.
İştirakçılar arasında ən çox səs toplamış Azərbaycan və digər 9 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya.
Xatırladaq ki, Böyük Dördlüyə daxil olan ölkələr – Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi İtaliyə birbaşa final mərhələsində çıxış edəcək.