İtaliyanın Baş naziri Corcia Meloni Milad bayramı ərəfəsində ofisinin əməkdaşları ilə görüşərək onlara müraciət edib.
O, işçilərinə göstərdikləri səylərə görə təşəkkür edib və kollektivini “vahid ailə” kimi dəyərləndirib.
Meloni bu ilin hamı üçün çətin keçdiyini, bununla yanaşı, qarşıdakı ilin daha da çətin olacağını deyib.
“Keçən il hamımız üçün çətin idi, amma narahat olmayın, çünki gələn il daha da pis olacaq. Buna görə də sizə bu bayramlarda yaxşı istirahət etməyi məsləhət görürəm, çünki bu ölkənin qarşısında dayanan çağırışlara cavab verməyə davam etməliyik”, – deyə o əlavə edib.


