Dünya

“NATO-nun gələcəyi Ukraynadan asılıdır, o, Alyansa qəbul edilməlidir”-“Wall Street Journal”

“NATO-nun gələcəyi Ukraynadan asılıdır, o, Alyansa qəbul edilməlidir”-“Wall Street Journal”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün mübarizənin avanqardı olan ölkə ilə necə birləşməmək olar?..”

“Ukraynanın Avropada ən güclü ordusu var, onun əsgərləri döyüşlərdə bərkiyib və Rusiyaya uğurla müqavimət göstərə bilməsini sübut edib…”
“Avropalılar diqqəti Ukraynanın Avropa İttifaqına deyil, NATO-ya qəbul edilməsinə yönəltməlidir…”
Avropalılar Ukraynanın Avropa İttifaqına daxil olmasını müzakirə etməklə zaman sərf edir, əslində isə diqqəti onun necə NATO üzvü olmasına yönəltməlidir. Əgər tam hüquqlu üzv olmağa nail olunmasa, Alyans heç olmasa ona təhlükəsizlik zəmanəti verməlidir.
Moderator.az xəbər verir ki, bu barədə “Wall Sreet Journal” nəşrində dərc edilən məqalədə deyilir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyen son həftələr Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyişlə bağlı nikbinliyini ifadə edib. Bu perspektivin ölkənin bərpası üçün vacib olmasına rəğmən, təhlükəsizlik, suverenlik və sağ qalma məsələləri ilə müqayisədə ikincidərəcəlidir.
Lakin bu məsələdə fon der Lyayyen və Avropanın digər liderləri susmağa üstünlük verir. Əks halda onlar Ukraynanın NATO-ya üzvlüyü məsələsində daha aydın mövqe sərgiləməlidir.
Ukrayna orta ölçülü dövlətdir, nüvə silahına malik olan qonşusu onu hədəfləyib. Və heç bir institusional islahatlar bu qaranlıq gerçəkliyi dəyişməyəcək. Avropalılar Ukraynanın Avropa İttifaqına daxil olmasını müzakirə etməklə qiymətli zamanını sərf edir, əslində isə diqqəti bu ölkənin NATO-ya necə daxil olmasına yönəltməlidir, tam hüquqlu üzv olmağa nail olunmasa, ona ən azı təhlükəsizlik zəmanətləri verilməlidir.
Bu, zəruridir, çünki Ukraynadakı hadisələrdən NATO-nun özünün gələcəyi asılıdır. İkinci dünya savaşından sonra Alyans üzvləri nadir istisnalarla ciddi surətdə tərksilah olub. Bu gün üçün qitədə heç olmasa gerçək hərbi gücə bənzər bir şeyi bərpa etmək üçün ən azı 10 il tələb olunacaq. Ukraynanın isə, demək olar ki, Avropada ən güclü ordusu var. Onun əsgərləri döyüşdə bərkiyib və Rusiya qüvvələrinə hətta lazımi silah və təchizat olmadan da uğurla müqavimət göstərə biləcəyini sübut edib.
Brüsselin Ukraynanın Avropa İttifaqına daxil olmasına diqqət çəkməsi Qərb qarşısında təhlükəsizliklə bağlı rahatsız məsələlərdən qaçmaq üsuluna bənzəyir.
Dövlətlər tərəfindən yaradılan təşkilatlar yerlərdə gerçəklikləri əks etdirməlidir, əks halda həyati qabiliyyətli olmayacaq. Belə olan halda onlar nə qədər yüksək səviyyədə müşavirələr keçirib, bəyannamələr imzalasa da, yersiz görünmək riskinə məruz qalacaq.
Son 30 ildə NATO avtopilotda hərəkət edir: təhlükəsizlik təhdidləri yoxa çıxıb və o, kollektiv müdafiənin sütunu rolunu itirib.
Fevraldan vəziyyət kökündən dəyişib. Madriddə iyun ayında açıqlanan yeni strateji doktrinaya görə, Alyans çəkindirmə və müdafiə məsələlərinə dönüb. Belə olan halda bu gün bu mübarizənin avanqardı olan ölkə ilə necə birləşməmək olar?
Nəticə etibarilə 1955-ci ildə, ikinci dünya savaşından 10 ildən sonra, Qərbi Almaniyanın alyansa daxil olmasından NATO rəhbərliyini Moskva ilə münasibətlərin soyuması qayğılandırmayıb.
Onlar anlayıb ki, Almaniya Avropada çəkindirmə və müdafiə üçün lazımdır. Belə mənzərəni biz bu gün də görürük, bu dəfə Ukrayna qapıda dayanaraq, qəsbkar Rusiyanı Avropaya buraxmır.
Avropa hökumətləri Ukraynanı NATO-nun özünün də olmasa,  müdafiəsinin ayrılmaz hissəsinə necə çevirmək barədə ciddi danışığa başlamayınca, biz başlıca çağırışdan yan keçərək, ikincidərəcəli məsələləri müzakirə edəcəyik.