Dünya

NATO Ukrayna üzrə xüsusi nümayəndə təyin etməyi planlaşdırır – Baş katibin 100 milyardlıq fond təklifi dətəklənməyib

NATO Ukrayna üzrə xüsusi nümayəndə təyin etməyi planlaşdırır – Baş katibin 100 milyardlıq fond təklifi dətəklənməyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Ukraynada alyansın xüsusi nümayəndəsi postunu yaratmağı planlaşdırır.

7Times.az  xəbər verir ki, bu barədə “Foreign Policy” dərgisi özəl mənbələrə istinadən yazıb.

NATO-nun Ukraynadakı “yüksək mülki nümayəndəsi”nin səlahiyyətliləri blokun iyulda keçiriləcək yubiley sammitində təqdim oluna bilər. Xüsusi nümayəndə Ukraynaya müttəfiqlərin yardımını, o cümlədən hərbi yardımı koordinasiya edəcək.

NATO-nun belə bir addımı həm Ukraynaya, həm də Rusiyaya siyasi siqnallar verəcək. Alyansın bəzi nümayəndələri Ukraynaya dəstək üçün növbəti addım kimi xüsusi nümayəndənin təyin olunmasını dəstəkləyir. Digərləri bu postu NATO-ya üzv olmaq istəyən ölkə üçün “təsəlli mükafatı” adlandırırlar. Bundan əvvəl məlum olmuşdu ki, ABŞ və Almaniya münaqişənin gərginləşməsindən qorxaraq bu il Ukraynanın NATO-ya dəvət edilməsinə qarşı çıxıblar.

Qeyd olunur ki, Türkiyə hərbi yardımın koordinasiyasının müttəfiqlərin münaqişəyə daha çox qarışdığı təəssüratını yaratmaması üçün ehtiyatlı olmağa çağırır.

“Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək üçün geniş tədbirlər paketinin bir hissəsi kimi NATO-nun xüsusi nümayəndəsinin təyin edilməsi müzakirə edilir. Başqa bir məsələ Ukraynaya yardım üçün 5 illik 100 milyard dollarlıq fondun yaradılması ola bilər. Lakin alyansın müttəfiqləri onun baş katibi Yens Stoltenberqin bu təşəbbüsünü dəstəkləmədilər”, – “Bloomberg” yazır.

Bildirilir ki, Stoltonberq Fond əvəzinə indi blok üzvlərinin ümumi məbləği 43 milyard dollar olan cari dəstəyini saxlamaqda israr edəcək. Məbləğin təxminən yarısı ABŞ-nin payına düşür. NATO ümid edir ki, bu, Kiyev üçün dəstəyin səviyyəsini daha proqnozlaşdırılan edəcək – xüsusən də ABŞ-də keçiriləcək prezident seçkiləri fonunda bu vacibdir.

Təklif NATO ölkələri arasında geniş dəstək alır. Yalnız Macarıstanın mövqeyi sual altındadır və o, özünə Ukraynaya genişləndirilmiş dəstəkdən imtina etmək imkanı verilməsini xahiş edir.

“AzPolitika”