Gündəm

Naxçıvan Prokurorluğunda YENİ TƏYİNAT

Naxçıvan Prokurorluğunda YENİ TƏYİNATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.

7Times.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Baş prokurorun digər əmrlərinə əsasən, Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunaraq Şərur rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə, Şərur rayon prokurorunun müavini Anar Həsənov Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.Oxu.Az