Siyasət

Nazirlər Kabineti siyasi partiyalara ianələrlərin verilməsi ilə bağlı qayda hazırlayacaq

Nazirlər Kabineti siyasi partiyalara ianələrlərin verilməsi ilə bağlı qayda hazırlayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Fərmana əsasən, Nazirlər Kabineti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Bundan başqa hökumət üç ay müddətində həmin Qanunun 24.6-cı maddəsinə uyğun olaraq siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin həmin Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasını, eyni zamanda həmin Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.