Ölkə

Nazirlik Kukla Teatrında yoxlama aparılmasını təsdiqlədi – ÖZƏL

Nazirlik Kukla Teatrında yoxlama aparılmasını təsdiqlədi – ÖZƏLbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. Bildirilib ki, yoxlama ötən gündən başlayıb və bu gün də davam etdirilir. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. 

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarovaya “7Times.az”ın əməkdaşına açıqlamasında qeyd edib ki, teatrda yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür:

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb. Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək. Bütün media mənsublarına göstərdikləri diqqət və anlayışa görə təşəkkür edirik”.